Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, tərəflər Türkiyədə baş verən zəlzələlər və birinci ili tamamlanan Rusiya-Ukrayna müharibəsi ilə bağlı iməsələləri müzakirə ediblər.
Prezident Ərdoğan zəlzələ ilə bağlı həmrəyliyinə görə Rusiya Prezidenti V. Putinə təşəkkür edib.
Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olması lazım olduğunu bildirən Prezident Ərdoğan, İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını səmimiyyətlə istədiklərini və hər cür töhfə verməyə hazır olduqlarını bildirib.