Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 11:25-də baş verən yeraltı təkan 3,5 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.
Həmçinin Türkiyənin Malatya vilayətinin Darende rayonunda da zəlzələ olub.
Yerli vaxtla 11:58-də baş verən yeraltı təkan 4,2 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.
**09:56
Fevralın 24-dən 25-nə keçən gecə Türkiyədə daha bir neçə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Əvvəlcə saat 03:28-də Bingöldə 4,4 bal gücündə zəlzələ olub. Digər zəlzələ isə saat 04.12 radələrində Hatayın Samandağ rayonunda qeydə alınıb. 4 bal gücündə olan bu zəlzələ yerin 16,05 km dərinliyində baş verib.
Qeyd edək ki, onlardan bir neçə saat öncə Malatya şəhərinin Pütürge rayonunda və Sivasda 4,7 bal gücündə zəlzələlər olmuşdu.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Zəlzələ nəticəsində 44 218 nəfər ölüb.
Həmin güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 9 000-dən çox afterşok qeydə alınıb və bu proses müəyyən fasilələrlə hələ də davam edir.