Rusiyanın İran istehsalı PUA-ları tükənib - BRİTANİYA KƏŞFİYYAT XİDMƏTİ

Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava aparatlarından (PUA) istifadə etməsi ilə bağlı heç bir məlumat verilməyib.


Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.


Kəşfiyyat Xidməti bildirib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü il yanvarın sonu və fevralın əvvəlləri arasında müddətdə ən azı 24 Şahed-136 PUA-nın vurub. "PUA-lardan istifadənin olmaması, ehtimal ki, Rusiyanın hazırkı ehtiyatının tükəndiyini göstərir. Rusiya yəqin ki, tədarük axtaracaq", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirir.


Məlumatda qeyd olunur ki, bu silahlar nəzərdə tutulan hədəfləri məhv etməkdə tam uğurlu olmasa da, Rusiya çox güman ki, onları Ukraynanın hava hücumundan müdafiəsini daha effektiv Rusiya qanadlı raketlərindən yayındıra biləcək faydalı vasitələr kimi istifadə edir.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.