Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib

Fevralın 25-də Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 121 fiziki və hüquqi şəxsin daxil olduğu 10-cu sanksiyalar paketini qəbul edib.


Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb. 


"Siyahılarımızın bir hissəsi olaraq, biz ən azı 6 min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanları hədəfləyirik"-Borel bildirib.


Bundan başqa Rusiya mallarının idxalı və ixracına da əhəmiyyətli məhdudiyyətlər qoyulub.


Bundan əvvəl Niderlandın xarici işlər naziri Vopke Hoekstra bildirmişdi ki, ölkə hakimiyyəti ukraynalı uşaqların deportasiyasına görə məsuliyyət daşıyan şəxslərin məhdudlaşdırıcı siyahıya daxil edilməsi üzərində işləyir. Onun sözlərinə görə, yeni anti-Rusiya sanksiyalar paketi bu cinayətkarlara, eləcə də silah istehsalçılarına və sanksiyalardan yayınmağa kömək edənlərə qarşı yönəlib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.