Dünən gecə saatlarında Tehranın müxtəlif bölgələrində dolların kəskin bahalaşması səbəbilə hökumət əleyhinə etiraz nümayişləri keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Çitqar, Ekbatan qəsəbəsi, Punək, Firdövs bulvarı, Narmək, Niyavəran, Darabadda keçirilən nümayişlərdə etirazçılar hökumət əleyhinə fikirlər söyləyib, dolların qalxmasına etirazlarını bildiriblər.
Əllərində bir dolların 58 min tüməni keçdiyi barədə yazılı plakatlar tutan bəzi etirazçılar dolların və digər valyutaların qiymətinin hər saat artması ilə bağlı “boz təbəqə”nin susmasına etiraz ediblər.