Səudiyyə Ərəbistanının XİN rəhbəri Ukraynaya gedib
İLK DƏFƏ

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilk dəfə Ukraynaya işgüzar səfər edib və Prezident Volodimir Zelenski ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna lideri “Telegram” səhifəsində məlumat verib.

 

“Mən Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşdüm. Bu, diplomatik münasibətlərin qurulmasından sonra Krallığın xarici işlər nazirinin Ukraynaya ilk rəsmi səfəridir. Ümid edirəm ki, o, qarşılıqlı faydalı dialoqumuzun daha da intensivləşdirilməsinə yeni təkan verəcək”, – Zelenski danışıqların yekununda yazıb.

 

Eyni zamanda, Ukrayna Prezidenti Səudiyyə Ərəbistanına ölkədə sülhü, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəsmisi ölkəsinin Ukraynaya 400 milyon dollar dəyərində humanitar yardım paketi ayırdığını bəyan edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.