Tacikistanda 5 bal gücündə zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 10,8 min nəfərin yaşadığı Murqab qəsəbəsindən 58 km cənub-qərbdə, 60 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.