Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə "Past" nəşri Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, baş nazir bunu adi prosedura uyğun deyil, normallaşma üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç vasitəsilə edib.
Qeyd edək ki, fevralın 26-da Ərdoğanın 69 yaşı tamam olub.