“Əl-Qaidə” terror qruplaşmasının Ərəbistan yarımadasındakı liderlərindən biri Həməd ət-Təmimi Yəməndə hava hücumu nəticəsində məhv edilib.
Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədas” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Əməliyyat bazar günü, fevralın 27-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
Evə zərbə raketlərdən olub, buraxılış iki drondan həyata keçirilib. Ət-Təmimidən başqa onun əlaltılarından biri də ölüb, daha biri yaralanıb.