Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzv olacağı dəqiq tarixi bilmir

"Türkiyə öz narahatlığını ifadə edib, bu da əsasən İsveçlə bağlıdır".


Bunu NATO Baş katibi Yens Stoltenberq Helsinkidə Finlandiya Baş naziri Sanna Marinlə birgə mətbuata açıqlamasında deyib.


O bildirib ki, ötən ilin yayında NATO müttəfiqləri İsveç və Finlandiyanı alyansa dəvət edərək tarixi addım atıb.


"Biz bu ölkələrin üzvlüyü ilə bağlı danışıqlarda irəliləyiş əldə edirik. Bir neçə həftə əvvəl mən Türkiyə Prezidenti Ərdoğanla danışdım və biz üçtərəfli görüşün keçirilməsi ilə bağlı razılıq əldə etdik. Gələn həftə İsveç, Finlandiya və Türkiyə təmsilçiləri Brüsseldə görüşəcək. Mənim mesajım odur ki, hər iki ölkə Madrid sazişindəki öhdəliklərini yerinə yetiriblər və onların NATO-ya üzv olması, protokolların ratifikasiyanın vaxtıdır", - o deyib.


NATO Baş katibi xatırladıb ki, Macarıstan parlamenti ratifikasiya ilə bağlı müzakirələrə tezliklə başlayacağını bildirib. "Ümid edirəm ki, tezliklə ratifikasiya edəcəklər. Türkiyəyə gəlincə, bu ölkə öz narahatlığını ifadə edib ki, bu da əsasən İsveçlə bağlıdır", Stoltenberq qeyd edib.


O, ölkələrin üzv olacağı dəqiq vaxtı deyə bilməyəcəyini, ancaq bunun tez zamanda olması üçün çalışdıqlarını deyib. Stoltenberq NATO-da qərarları konsensusla verildiyini xatırladıb.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.