“NATO-nun indiyədək Ukraynaya göstərdiyi yardımın həcmi 100 milyard avronu ötüb”.
“Ukrinform” xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
O, müttəfiq ölkələrin Kiyevə yardımının bundan sonra da davam edəcəyini bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.(“Report”)