Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Dehliyə səfər edib.
Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram"da məlumat yayıb.
Bildirilir ki, səfər 3 gün davam edəcək. Lavrov G20 ölkələrinin xarici işlər nazirinin görüşündə iştirak edəcək. Bundan başqa, rusiyalı diplomatın hindistanlı həmkarı Subramanyan Cayşankar ilə görüşəcəyi, həmçinin Çin, Braziliya və digər ölkələrin tərəfdaşları ilə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, Lavrov fevralın 27-28-də Bakıda səfərdə olub.