Ukrayna təyyarəsi ilə Türkiyəyə humanitar yardım çatdırılıb.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.
"Bu həftə Ukraynanın "Antonov AN-124" təyyarəsi son zəlzələlərdən zərər çəkmiş ailələrə kömək etmək üçün İncirlik Hava Bazasına 101 ton humanitar yardım çatdırıb. Bu yardım Fransa silahlı qüvvələri tərəfindən koordinasiya edilib, Ukrayna təyyarələri ilə çatdırılıb, Türkiyə və ABŞ hərbçiləri tərəfindən boşaldılıb. Çətin anlarda biz müttəfiq olaraq bir araya gəlirik", - Kuleba bildirib.