Avropa İttifaqı bir neçə həftə ərzində birgə maliyyələşdirilən sursatları Ukraynaya çatdırmağı planlaşdırır. Kiyev üçün mərmilərin alınması üçün Avropa Sülh Fondundan 1 milyard avro ayrılacaq.
Bu barədə “Financial Times” xəbər verir.
Qeyd olunub ki, Brüssel öz ehtiyatlarından mərmi verən ölkələrə təzminat təklif etdikdən sonra Ukrayna həyati əhəmiyyətli artilleriya sursatları almağa hazırlaşır. Danimarkadan başqa bütün Avropa İttifaqı ölkələri layihəyə qoşulub.
Qəzet bildirib ki, Kiyev Rusiyanın yeni hücumunun qarşısını almaq üçün təcili ehtiyacının artilleriya döyüş sursatları, xüsusilə də 155 mm-lik haubitsa mərmiləri olduğunu açıqlayıb.(AzVision.az)