İranın 12 vilayətində daha 500-ə yaxın tələbə zəhərləndi

3 aydan çoxdur adətən qız məktəblərində kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda dünən yüzlərlə şagird eyni şübhə ilə xəstəxanaya yerləşdirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 12 əyalətdə müxtəlif məktəblərdə daha 500-ə yaxın şagirddə ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi zəhərlənmə əlamətləri müşahidə edilib.

 

Ən çox zəhərlənmə hadisəsi 138 nəfərlə Kohgiluyeh və Alıcı Əhməd əyalətlərində qeydə alınıb. Bundan əlavə İsfahan, Gilan, Gülüstan, Rezevi Xorasan, Loristan, Həmədan, Fars, Kürdüstan, Xuzistan, Qəzvin və Mazandaran əyalətlərində bir çox tələbə zəhərlənmə əlamətləri ilə müalicə olunub.

 

Zəhərlənən tələbələrin əksəriyyətinin evə buraxıldığı, müalicəsini davam etdirənlərin vəziyyətinin yaxşı olduğu bildirilib.

 

Qeyd edək ki, onlarla təhsil ocaqlarında qızların naməlum maddədən kütləvi zəhərlənməsinin əsl səbəbləri hələ də tam müəyyənləşdirilməyib. İranın dövlət nümayəndələri bunu “İslam inqilabı düşmənlərinin” törətdiyini bildirir, sosial fəallar isə hakimiyyəti ittiham edirlər. Sonuncular vurğulayırlar ki, yüzlərlə tələbə qızın qəsdən zəhərlənməsi qızların təhsil almasını istəməyən ifrat islamçı qrupların əməlidir.

 

İran parlamentinin məktəblilərin zəhərlənməsinin səbəbini tapmaqla bağlı yaratdığı faktaraşdırıcı qrupunun üzvü Asefəri bildirib ki, bu günə kimi 330 məktəbdə 5 000 şagird zəhərlənib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.