BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada səfərdədir.
Senzor.az bildirir ki, bu barədə BMT rəsmisi Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, bu gün Polşadan Kiyevə yollanan Baş katib sabah Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.
Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.
Xatırladaq ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.
Senzor.az