Tbilisidə gərginlik davam edir - XÜSUSİ TƏYİNATLILAR MİTİNQİ DAĞITMAĞA BAŞLAYIBLAR
VİDEO

Xüsusi təyinatlı qüvvələr Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanı gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək dağıtmağa başlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, xüsusi təyinatlılar iki tərəfdən – “Svoboda” meydanından və 9 Aprel küçəsindən etirazçılara doğru irəliləyirlər.

 

Parlamentin qarşısındakı meydanı tamamilə tüstü bürüyüb. İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Bundan əvvəl etirazçılara dağılışmaq üçün müraciət edilib.


Daha sonra təhlükəsizlik qüvvələri parlamentə bitişik ərazini etirazçılardan tamamilə azad etməyə müvəffəq olub. Xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı tədricən tuturlar. Hələ də “Siren” səslənir və insanları dağılışmağa çağırır.

Qeyd edək ki, bundan əvvəl etirazçılar parlamentin yaxınlığında quraşdırılmış metal hasarı söküblər.

 

Xatırladaq ki, etirazlara səbəb Gürcüstan parlamentinin qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul etməsidir. 

 

Parlamentin sədri Şalva Papuaşvilinin verdiyi məlumata görə, 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib.

 

Yeri gəlmişkən, Gürcüstandakı ABŞ səfirliyi bu günü "demokratiyanın qara günü" adlandırıb.

 

Hazırda ABŞ-da olan Gürcüstan Prezidenti də etirazçılara müraciət edərək onları dəstəklədiyini bildirib.

 

Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.