“ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib, o, ABŞ Xarici İşlər Nazirliyində yeni vəzifə tutacaq”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Antoni Blinken çıxış edib.
O əlavə edib ki, Ned Praysı müvəqqəti olaraq onun hazırkı müavini Vedant Patel əvəz edəcək.
Məlumat üçün qeyd edək ki, Ned Prays sözügedən vəzifəni 2021-ci ildən icra edirdi.