İran Xəzər vasitəsilə Rusiyaya çoxlu sursat göndərib - GİZLİ ŞƏKİLDƏ

İran gizli şəkildə Rusiyaya çoxlu güllə, raket və minaatan mərmiləri verib.

 

Məlumatı Britaniyanın “Sky News” telekanalı güc strukturlarındakı mənbəsinə istinadən yayıb.

 

Məlumata görə, yanvar ayında Xəzər dənizi üzərindən Rusiyaya iki yük gəmisi ilə İran limanından reaktiv yaylım atəşi sistemləri, minaatan və pulemyotlar üçün sursat göndərilib.

 

Mənbənin sözlərinə görə, Moskva çatdırılma pulunu nağd şəkildə ödəyib. Hazırda Tehran yeni sursat partiyası göndərməyi planlaşdırır.

 

“Yanvar ayında Rusiya bayrağı altında iki yük gəmisi İran limanından Xəzər dənizi üzərindən Rusiyaya üzərək, təxminən 100 milyon güllə və 300 minə yaxın mərmi daşıyıb”, - deyə telekanal bildirib.

 

Silahların ötürülməsində quru yük daşıyıcıları “Musa Jalil” və “Begey” adlı gəmilərin iştirak etdiyi iddia edilir.

 

Hərbi yardımın dəyərinin müstəqil qiymətləndirilməsi mümkün olmayıb, lakin ekspertlər hesab edirlər ki, bu, böyük məbləğdir.

 

“Sky News” vurğulayıb ki, İran bu yolla Rusiyaya Ukraynadakı münaqişə zonasında cəbhə xəttində ehtiyatının artırılmasına kömək edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.