Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri arasında mübahisələr və fikir ayrılıqları olduqda güc tətbiq edilməməsi mexanizmlərinin yaradılmasını təklif edir.
Bunu Qırğızıstan XİN rəhbəri Jeenbek Kulubayev KTMT Baş katibi İmanqali Tasmaqambetovla görüşü zamanı bildirib.
Qeyd edək ki, KTMT Baş katibi 9-10 mart tarixlərində Qırğızıstanda səfərdədir. Səfər çərçivəsində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayevlə yanaşı, ölkənin Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov və Qırğızıstan rəhbərliyi ilə də görüşlər nəzərdə tutulub.(APA)