Lukaşenko İrana gedir – ÇİNDƏN SONRA

Belarus lideri Aleksandr Lukaşenko İrana səfər edəcək.

 

Senzor.az Belarus mediasına istinadən bildirir ki, səfər martın 12-13-də baş tutacaq.

 

Lukaşenko İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.

 

Danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığın inkişaf etdirilməsinə vurğu edilməklə, ticari-iqtisadi məsələlər olacaq. Prezidentlərin görüşü nümayəndə heyətləri üzvlərinin iştirakı ilə məhdud və geniş tərkibdə keçiriləcək. Tərəflər sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində layihələrin həyata keçirilməsini müzakirə edəcəklər. Regionda və bütövlükdə dünyada vəziyyətə xüsusi diqqət yetiriləcək.

 

Danışıqların yekunu olaraq qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafına dair bir sıra beynəlxalq sənədlər imzalanacaq.

 

Xatırladaq ki, Belarus Prezidenti bundan əvvəl Çində səfərdə olub.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.