ABŞ Prezidenti Co Bayden ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzatmağa qərar verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Ağ Evin mətbuat xidməti həmçinin İran əleyhinə məhdudlaşdırıcı tədbirlərin uzadılmasına dair Baydenin imzaladığı sənədləri də paylaşıb.