Rusiya Prezidenti Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak edə bilər.
Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
Məlumata görə, Putin bununla bağlı hələ ki yekun qərar verməsə də, Kremldə belə bir səfəri istisna etmirlər.
Agentlik yazır ki, bu həftə ölkənin rəsmi şəxsləri Vladivostokda hər il keçirilən iqtisadi forumun tarixini bir həftə ertələyiblər. Buna səbəbi isə Putinin qrafikində sammitdə iştiraka yer ayırmaq olduğu güman edilir.
Buna baxmayaraq, Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu məsəslə ilə bağlı yayılan məlumatları şərh etməyib.