Fransa Senatı əhalinin etirazlarına məhəl qoymadı
PENSİYA İSLAHATI TƏSDİQLƏNDİ

Fransa Senatı şənbə günü hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin Baş naziri Elizabet Born özünün “Tvitter” səhifəsində yazıb.

 

"Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatının mətnini qəbul etdi. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələ. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq", - deyə Baş nazir bildirib.

 

Məlumata əsasən, sənədin lehinə 195 senator, əleyhinə isə 112 senator səs verib.

 

Yeni islahata əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi, həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.


Qeyd edək ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.