Türkiyədə gecə 3 dəfə zəlzələ oldu

Türkiyədə ötən gecə ayrı-ayrı vaxtlarda 4,7, 4,5 və 4,4 maqnitudada üç zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

 

Məlumata görə, episentri Malatyanın Pütürge rayonunda olan 4,7 maqnitudada ilk zəlzələ yerli vaxtla saat 04:34-də baş verib. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

 

Saat 05:13-də baş verən ikinci zəlzələnin episentri də Malatyanın Pütürge rayonunda olub və zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

 

Saat 05:23-də isə episentri Hatayın Hassa rayonunda olan 4,4 maqnitudada üçüncü zəlzələ qeydə alınıb. Bu dəfə zəlzələ ocağı yerin 11 kilometr dərinliyində yerləşib. 

 

Dağıntı və ya tələfat yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.