İranın Ali Rəhbəri Əli Xamenei ölkəsində səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Senzor.az bildirir ki, görüş Tehranda baş tutub.
Tehran Belarus liderinin səfərini ikitərəfli münasibətlər üçün dönüş nöqtəsi, yeni başlanğıc adlandırıb.
Ayətullah Əli Xamenei Belarus Prezidenti ilə söhbətdə sanksiyalara məruz qalan ölkələri tətbiq edilən qadağaların neytrallaşdırılması üçün kollektiv tədbirlər görməyə çağırıb.
“ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr bir-biri ilə əməkdaşlıq etməli və sanksiya silahlarını məhv etmək üçün birgə assambleya yaratmalıdırlar. İnanırıq ki, buna nail olmaq olar”, - deyə Ali Rəhbər vurğulayıb.
Senzor.az