“Taxıl sazişi”nin müddəti uzadılıb.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
O, “Taxıl sazişi”nin paket xarakterinin təsdiqləndiyini söyləyib.
Rusiyalı diplomatın sözlərinə görə, “Taxıl sazişi” eyni şərtlərlə uzadılır: “Rusiya Federasiyası “Taxıl sazişi” üzrə bütün öhdəliklərin yerinə yetirilməsini israrla təmin etməyə çalışacaq”.
Qruşko onu da bildirib ki, Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi yavaş-yavaş gedir.