Bu gün Türkiyənin Kahramanmaraş vilayətində daha bir zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) AFAD məlumat yayıb.
Qeyd olunub ki, 5.34 km dərinlikdə qeydə alınan zəlzələ 4,9 bal gücündə olub.
Qeyd edək ki, bu, çərşənbə axşamı ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində qeydə alınan ikinci zəlzələdir.
#DEPREM
*
Büyüklük:4.9 (Mw)
Yer:Çağlayancerit (Kahramanmaraş)
Tarih:2023-03-14
Saat:17:49:47 TSİ
Enlem:37.84 N
Boylam:37.384 E
Derinlik:5.34 km
Detay:https://t.co/F7gTuZ9NZR@afadbaskanlik @trthaber @anadoluajansi
— AFAD Deprem (@DepremDairesi) March 14, 2023
Onu da xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.