Martın 15-dən 19-na kimi Rusiya, Çin, İran və bir sıra digər ölkələr Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri-2023” adlı birgə hərbi dəniz təlimləri keçirəcək.
Bu barədə RİA Novosti Çin Müdafiə Nazirliyinə istinadən yazır.
Təlimlərlə bağlı digər təfərrüatlar verilmir. Fevralın 17-27-də Rusiya, Çin və Cənubi Afrikanın ikinci birgə hərbi dəniz təlimləri də Hind okeanının cənub hissəsində baş tutub.