Rusiya və Suriya prezidentləri arasında danışıqlar başa çatıb.
Senzor.az bildirir ki, Vladimir Putinlə Bəşər Əsəd arasında danışıqlar üç saat davam edib.
**19:28
Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezident Bəşər Əsəd arasında görüş keçirilib.
Məlumata görə, Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.
Rusiya prezidenti həmçinin əlavə edib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7% artıb.
Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.
**14:02
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş başlayıb.
Məlumata görə, Putin-Əsəd danışıqları Kremldə keçirilir.
Qeyd edək ki, Əsəd martın 14-də Rusiyaya səfər edib.