Suriya Ukraynanın işğal olunmuş 4 vilayətini Rusiya ərazisi kimi tanıdı

Suriya işğal olunan Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıyıb.

 

Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

 

"Rəsmi Dəməşq Rusiyanı yeni sərhədlərində tanıyır", - deyə o bəyan edib.

 

Qeyd edək ki, Suriya Prezidenti dünən Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Onların danışığı 3 saat davam edib. Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.

 

Əsəd isə zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya Prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.

 

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.