Şimali Koreya lideri Kim Çen In “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışından sonra nüvə silahına nüvə silahı ilə cavab verəcəyini bildirib.
Bu barədə "Koreya səsi" radiostansiyası məlumat yayıb.
Şimali Koreya lideri, həmçinin vurğulayıb ki, hər hansı formada silahlı münaqişələrə və müharibəyə tam hazır olmaq üçün Strateji Silahlı Qüvvələrin çevik reaksiyaya hazırlığı ciddi şəkildə qorunmalıdır.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini açıqlamışdı.