"Çin hakimiyyəti Rusiya ilə strateji əlaqələri inkişaf etdirməyə hazır olduğunu bəyan edir".
Bunu Çinin Moskvadakı səfiri Çjan Xanhuey deyib.
“Çin Rusiya ilə kürək-kürəyə dayanaraq strateji əməkdaşlıq qurmağa davam edəcək”, - o, Rusiya mediasına müsahibəsində qeyd edib.
Diplomat qeyd edib ki, Pekin Moskvanın çoxqütblü dünya prinsiplərini təşviq etmək istəklərini dəstəkləyir. Onun sözlərinə görə, iki ölkə arasında strateji inam və mehriban qonşuluq münasibətlərinə əsaslanan münasibətlər inamla irəliləyir. Səfir Rusiya ilə Çin arasında olan əlaqələrin beynəlxalq münasibətlərin yeni modelini yaratdığını vurğulayıb.(AzVision.az)