Fransa Milli Assambleyasındakı müxalifət qrupunun deputatları bu ölkə hökumətinə etimadsızlıq votumu irəli sürüblər.
Senzor.az bildirir ki, imzaların toplanmasına Fransa hakimiyyətinin ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmasından sonra başlanılıb.
Hələlik sənədi 91 deputat imzalayıb. Səsvermədən keçmək üçün təxminən üç dəfə çox (287) səs tələb olunur.
Müxalifət qüvvələri parlamentdə səsvermədən yan keçərək pensiya islahatını təsdiqləyən Baş naziri Elizabet Bornun istefasını tələb edirlər. Fransa qanunlarına görə, belə bir hüquqdan istifadə edilərsə, müxalifət sənədin imzalandığı tarixdən etibarən 24 saat ərzində etimadsızlıq votumu verə bilər.
Xatırladaq ki, bundan əvvəl ifrat sağçı Milli Assambleya partiyasının rəhbəri Marin Le Pen və Sol Qüvvələr Birliyinin, Yeni Xalq Ekoloji və Sosial Birliyinin deputatları da etimadsızlıq səsverməsi keçirmək istədiklərini açıqlamışdılar.
Senzor.az