Parisdə pensiya islahatına növbəti etiraz
“MAKRON, İSTEFA!” ŞÜARLARI SƏSLƏNDİRİLİR

Parisdə bu saatlarda hökumətin pensiya islahatına qarşı aksiyaya çıxanların sayı 2,5 min nəfəri ötüb.

 

Bu barədə BFM telekanalı Paris polisindəki mənbəyə istinadən məlumat yayıb.

 

Aksiya Sena çayının sahilində yerləşən Place de la Concorde meydanında keçirilir. İştirakçılar meydanın mərkəzində tonqal qalayıblar. Aksiya ərazisinə polis dəstələri cəlb edilib. Parlamentarilərin oturduğu Burbon sarayına aparan körpüyə giriş bağlanıb.

 

Polis nümayişçiləri uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Reuters xəbər verir ki, etirazçılar “Makron, istefa” şüarları səsləndirirlər.

 

İnsanlar prezident Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan parlament vasitəsilə qəbul etmək qərarına etirazlarını bildirirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.