BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə vəsaiti çatışmazlığı səbəbindən mart ayında Əfqanıstana humanitar yardım göstərilməsini azaldıb.
BMT xəbər verir ki, yardımın azaldılması azı 4 milyon nəfərə birbaşa təsir edəcək.
ÜƏP beynəlxalq ictimaiyyəti böhran içində olan ölkədə humanitar fəaliyyətin maliyyələşdirilməsi üçün təcili olaraq vəsait ayırmağa çağırıb.
Təşkilat ölkədə 6 milyon nəfərin aclığın bir addımlığında olduğunu, əhalinin üçdə ikisinin – təxminən 28 milyondan çox insanın humanitar yardıma ehtiyac duyduğunu açıqlayıb.("Report")