Fransanın bir çox şəhərlərində martın 18-də hökumətin parlamentdə təsdiqlənmədən pensiya islahatı layihəsinin icrasına başlamaq haqqında qərarına etiraz aksiyaları keçiriləcək.
Bu barədə BFMTV məlumat yayıb.
Bildirilib ki, martın 17-də Fransanın bir sıra şəhərlərində keçirilən aksiyalarda 319 etirazçı həbs edilib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron pensiya islahatı haqqında qanun layihəsinin Milli Assambleyada kifayət qədər səs toplayacağından ehtiyatlandığı üçün Konstitusiyanın 49.3-cü maddəsinə əsaslanaraq bu sənədi parlamentdə səsvermədən keçirmədən xüsusi prosedurdan istifadə etmək qərarına gəlib.
E.Makron qanun layihəsinin əleyhinə səs verəcəyi halda Milli Assambleyanı buraxacağı ilə hədələmişdi.
Parisdə bir həftədən artıqdır təmizlik işçiləri (dalandar) tətil edir. Onlar pensiya ilə bağlı yaş həddinin qaldırılmasına qarşı çıxır. Fransa hökuməti pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 və 64-ə qaldırmaq istəyir. Bundan başqa, dalandarlar aylıq əməkhaqqı və təqaüdün artırılmasını da tələb edirlər. Hazırda onların təqaüdü ayda 1200 avrodur.(“Report”)