Ekvadorda səhər saatlarında baş verən 6,7 bal maqnitudalı zəlzələ nəticəsində ən azı üç nəfər ölüb.
Bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.
"El Universo" qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb.
Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
**22:50
Ekvadorda 6,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 85 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdu.