Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün “Teleqram” kanalında bildirib.
Onun sözlərinə görə, yük avtomobillərini sayrışan mayakları olan avtomobillər müşayiət edib.
“İlyiç istiqamətində Ermənistanın, Dağıstanın bayraqları olan, üzərində “humanitar missiya” yazısı olan dörd yük avtomobili görüntülənib”.