İranlı 22 məhkum ölkəsinə təhvil verilib.
Bu barədə Fərəcə Beynəlxalq Polis İdarəsinin rəisi Sərdar Məcid Kərimi məlumat verib.
Sərdar Məcid Kərimi qonşu ölkələrdən birində cəza çəkən 22 iranlı məhkumun (20 kişi, 2 qadın) ölkəyə təhvil verildiyini açıqlayıb.
O, əlavə edib ki, 22 nəfər məhkum ölkənin quru sərhədlərindən birindən Ədliyyə Nazirliyinin Müttəhim Mühafizə Bölməsinə təhvil veriliblər.
Kərimi bildirib ki, bu əməliyyatın həyata keçirilməsində Fərəcə Beynəlxalq Polisinin koordinasiya və rəhbərliyi ilə yanaşı, Fərəcənin müxtəlif şöbələri, o cümlədən Fərəcə Sərhəd Mühafizəsi Komandanlığı, İmmiqrasiya Polisi və Fərəcə Pasport Kəşfiyyat Təşkilatı, Qərbi Azərbaycan Polis Komandanlığı, eləcə də Ədliyyə və Xarici İşlər Nazirlikləri iştirak edib.(APA)