Lahor Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri İmran Xanın iki terrorizm ittihamı ilə bağlı həbs qərarına martın 27-dək xitam verib.
Bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Xatırladaq ki, keçmiş Baş nazirə qarşı terrorizm ittihamı martın 18-də İslamabadda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə İmran Xanın kortejini müşayiət edən DZS tərəfdarları arasında baş verən toqquşmadan sonra irəli sürülüb.