İslandiya parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak "Twitter" hesabında bildirib.
"Tarix cəbhəsi ədalət uğrunda döyüşdür. Ruslar öz cinayətlərinin sübutlarını silə bilməyəcəklər. Ədalət zəfər çalacaq", Yermak qeyd edib.