Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə gedib.
Senzor.az bildirir ki, Zelenski bu barədə öz Telegram kanalında məlumat verib.
“Xerson vilayətinə işgüzar səfər. Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində çoxlu evlərə və sosial infrastruktur obyektlərinə ziyan dəymiş Posad-Pokrovskoye kəndi”, - dövlət başçısı yazıb.
Onun sözlərinə görə, hazırda bu kənddə elektrik və su təchizatının bərpası davam edir, ambulatoriya yenidən tikilir, insanlar qayıdır.
"Yerli sakinlərlə aktual məsələlər və ehtiyaclar barədə danışdım. Hər şeyi bərpa edəcəyik, hər şeyi yenidən quracağıq. İşğalçılardan əziyyət çəkən hər bir şəhər və kənd kimi", – deyə Zelenski əlavə edib.
Senzor.az