Fransada pensiya islahatlarına qarşı nümayişlərdə saxlanılanların sayı 457 nəfərə çatıb.
Bu barədə bu gün Fransanın daxili işlər naziri Jerald Darmanen CNEWS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, aksiyalarda 441 polis və jandarm yaralanıb.
Qeyd edək ki, 10 gündür ki, Fransa şəhərlərində pensiya islahatına qarşı kütləvi etirazlar keçirilir.