ABŞ Belarusa və onun lideri Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edib.
Senzor.az bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ Belarus Mərkəzi Komitəsinə, Belarus Avtomobil Zavoduna və Minsk Avtomobil Zavoduna qarşı sanksiyalar tətbiq edib. Belarus hökumətinə aid olan və Aleksandr Lukaşenkonun prezident təyyarəsi kimi istifadə edilən "Boeing 737" təyyarəsi də məhdudiyyətlərə məruz qalıb.
Bunlardan əlavə, Maliyyə Nazirliyi 14 Belarus rəsmisi üçün viza məhdudiyyəti tətbiq edib.
Məhdudiyyətlərin tətbiqinə səbəb 2020-ci ildə Belarusda "saxta" prezident seçkiləri, həmçinin Minskin Moskvanın hərəkətlərinə dəstək verməsi olub.