Suriyanın şərqində yerləşən Deyr-zor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib.
ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Abigail Hammok hücum zamanı yaralanan 6 əsgərin vəziyyətinin stabil olduğunu və ikisinin xidmətə qayıtdığını bildirib.
O deyib ki, 3 yaralıdan biri Bağdadda, digər ikisi Ərbildə müalicəyə cəlb olunub.
Hammok raket hücumunun İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Bundan əvvəl Pentaqonun sözçüsü Patrik Ryder hücumun ötən gün yerli vaxtla saat 08.05 radələrində baş tutduğunu və bu zaman ABŞ hərbi bazasına 10 raket atıldığını qeyd etmişdi. Qarşı tərəfin itkiləri barədə hər hansı məlumat verilməyib.
Modern.az xatırladır ki, Suriyadakı ABŞ və koalisya qüvvələri mütəmadi olaraq İranın dəstəklədiyi terrorçu qruplaşmalar tərəfindən hücuma məruz qalır.