Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yayda bir neçə Afrika ölkəsinə səfər etmək niyyətindədir.
Bu barədə “Ukrinform” nəşrinə Ukraynanın Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Maksim Subx bildirib.
“Biz indi nazirin ikinci Afrika turunun yayda baş tutmasını və Afrika qitəsindəki yeni ölkələri əhatə etməsini təmin etmək üçün çalışırıq” - , o bildirib.
O əlavə edib ki, rəsmi Kiyev Ukrayna-Afrika konfransı keçirməyi düşünür.
Onun sözlərinə görə, hazırda ölkənin xarici siyasət idarəs Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə birlikdə konfransın əsas mövzularını müəyyənləşdirir.