Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək - LUKAŞENKONUN XAHİŞİ İLƏ
VİDEO

“Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, ölkədə Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb”.

 

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

 

“O ki qaldı Aleksandr Lukaşenko ilə danışıqlarımıza, buna səbəb Böyük Britaniya müdafiə naziri müavininin Ukraynaya tərkibində zəiflədilmiş uran mərmiləri tədarük etməyə hazırlaşdıqları barədə bəyanatı olub, bu, bir növ nüvə texnologiyası ilə bağlıdır. Bu hadisələrin kontekstindən kənarda belə, Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir”,- deyə Rusiya lideri vurğulayıb. 

Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək “İsgəndər” raket kompleksini təhvil verib: “Aprelin 3-dən ekipajın təliminə başlayırıq və iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdırırıq”.

 

“Report” xatırladır ki, Böyük Britaniya Ukraynaya tərkibində zəiflədilmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.