Fransada “su iğtişaşları” - AZI 200 NƏFƏR XƏSARƏT ALIB

Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı keçirilən etiraz aksiyası zamanı azı 200 nəfər xəsarət alıb.

 

Bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

 

Nümayişin təşkilatçıları jurnalistlərə bildiriblər ki, polis rezin güllələrdən, gözyaşardıcı qaz qumbaralarından və su şırnaqlarından fəal şəkildə istifadə edib.

 

Nəticədə 200-ə yaxın adam xəsarət alıb. Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 35-dən çox polis əməkdaşı yaralanıb.

 

“Report” xatırladır ki, Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir. Layihəyə görə, ərazidə ümumilikdə 16 böyük su anbarı yaradılmalıdır.

 

Yerli sakinlər torpağın münbitliyinin azalacağını, eləcə də təbii su ehtiyatlarının tükənəcəyini və nəticədə ətraf mühitə zərər dəyəcəyini bildirərək, bu plana qarşı çıxırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.