Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb

Bazar günü saat 19:00-da (Bakı vaxtı ilə 18:00-da) Türkmənistanda 7-ci çağırış Məclisin (parlament) deputatları, habelə vilayət, rayon, şəhər və yerli özünüidarəetmənin xalq şuralarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.


Məlumata görə, ümumilikdə respublika üzrə 2 602 seçki məntəqəsi səhər saat 07:00-dan (Bakı vaxtı ilə 06:00) saat 19:00-dək (Bakı vaxtı ilə 18:00) fəaliyyət göstərib.


Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.


Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası iştirak edib: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.